Şəkidə səyyar “Sağlam həyat” layihəsi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə 100-dək iştirakçı fəal şəkildə qatılıb.
Layihə çərçivəsində şəhər sakinləri müxtəlif idman növlərində qüvvələrini sınayıb, açıq hava məşqlərində iştirak ediblər.
Günün sonunda layihədə fəal iştirak edənlərə sertifikatlar təqdim olunub.