Fransada təyyarədə uşaq pornoqrafiyası izləyən Yaponiya futbol rəsmisi cərimələnib.
İdman.biz “Al Jazeera”ya istinadla xəbər verir ki, Fransa məhkəməsi Yaponiya Futbol Federasiyasının texniki direktoru, 58 yaşlı Masanaga Kaqeyamanı, təyyarədə uşaq pornoqrafiyası izləməkdə təqsirli bilərək şərti həbs və 5 000 avro (təxminən 9 900 AZN) cərimə ilə cəzalandırıb.
Masanaga Kaqeyama həmin vaxt komandası ilə birlikdə 20 yaşadək futbolçular arasında dünya çempionatına səfərdə idi. O iddia edib ki, izlədiyi kadrlər süni intellekt vasitəsilə yaradılıb və Fransada bu tip kontentin qadağan olduğunu bilməyib.