Fərid Qayıbov uğur qazanan idmançılarla görüşüb - FOTO

Xəbərlər
5 Dekabr 2023 23:57
279
Fərid Qayıbov uğur qazanan idmançılarla görüşüb - FOTO

Dekabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüşdə nazir “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Atıcılıq, boks, cüdo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, batut gimnastikası, tamblinq, taekvondo, şahmat, kikboksinq, uşu, sumo, boccia, milli idman növləri, pankration, MMA, qrapplinq, bodibildinq və fitnes, kunq-fu, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Qeyd edək ki, görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

İdman.biz