Dizayner Viktoriya Bekhem özünə qarşı çox tələbkar olduğunu bildirib.
İdman.biz-in məlumatınə görə, eks-futbolçu Devid Bekhemin həyat yoldaşı etiraf edib ki, çoxsaylı uğurlarına baxmayaraq, o, hələ də daha böyük nailiyyətlər əldə etməyə çalışır.
Viktoriyanın sözlərinə görə, belə davranış tez-tez onun psixi sabitliyini pozur.
“İstəyirəm ki, uşaqlarım və Devid mənimlə fəxr etsinlər. Bu nöqtəyə gəlmək çox uzun çəkdi. Bunun əlimdən çıxmasına icazə verməyəcəyəm”, - Viktoriya paylaşdı.
Bekhem vurğulayıb ki, o, həftədə yeddi gün işləməyə vərdiş edib və dəb biznesi ilə bağlı bütün proseslərə şəxsən nəzarət edir. Dizaynerin sözlərinə görə, o, adətən uğurlarını obyektiv qiymətləndirə bilmir.