Dünya üçüncüsü: Avropa xalçasının sahibi - TƏHLİL

Xəbərlər
13 May 2024 11:52
565
Dünya üçüncüsü: Avropa xalçasının sahibi - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək güləşçilərin tam siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, Fransa paytaxtına son lisenziyaların sahibləri İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində müəyyənləşib.

Parisdə 290 pəhləvan mübarizə aparacaq. Dünya çempionatı və təsnifat turnirlərindən sonra ümumilikdə 288 lisenziya sahibini tapıb. Beynəlxalq Olimpiya Komitəsi sərbəst güləş və yunan-Roma güləşində Qaçqınların Olimpiya Komandasına (ROT) bir yer verib. Bu üzdən də Fransada 18 çəkidən ikisində 17, digərlərində 16 idmançı yarışacaq.

Azərbaycan Olimpiadada 12 güləşçi ilə təmsil olunacaq. Sərbəst güləş millimiz yarışa tam heyətlə yollanacaq. Komandada Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) yer alacaq.

Yunan-Roma millimiz yalnız bir çəkidən kənar qalıb. Bu növdə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) mükafat üçün yarışacaq. Qadın güləşində yeganə ümidimiz dördqat olimpiya mükafatçısı Mariya Stadnik (50 kq) ilk çempionluğunu hədəfləyib.

Ümumilikdə Oyunlarda 58 ölkənin pəhləvanları güləşəcəklər. Parisdə mübarizəyə daha iki komanda da qatılacaq. Rusiya və Belarus idmançıları neytral statuslu atletlər (AİN) kimi xalçaya çıxacaqlar. Onlar kimi qaçqınların olimpiya komandası (ROT) da Oyunlarda çıxış edəcək.

12 lisenziyaya sahib Azərbaycan bu göstəricidə üçüncüdür. Dünya üçüncüsü olan ölkəmiz yalnız ABŞ və Yaponiyadan geri qalır. Millimiz Avropada xalçanın lideri, əsl sahibidir. “Köhnə qitə”nin heç bir ölkəsi Azərbaycan qədər vəsiqə əldə etməyib.

Heç bir ölkə Parisdə tam tərkibdə - 18 güləşçi ilə təmsil olunmayacaq. 58 ölkədən ən çox lisenziyaya sahib olan ABŞ-dır. Şimali Amerika ölkəsi Parisdə 15 çəkidə təmsil olunacaq. İkinci yerdə olan Yaponiyanın 13 vəsiqəsi var.

Azərbaycan güləşin hər üç növündə təmsil olunacaq. Buna dünyanın 15 ölkəsi nail olub. Avropada yalnız 6 ölkəsi bütün növlərdə mübarizə aparacaq. Bunlar Azərbaycan, Türkiyə, Bolqarıstan, Almaniya, Macarıstan və Polşadır.

yer

komanda

S

YR

Q

Cəmi

1

ABŞ

6

3

6

15

2

Yaponiya

4

3

6

13

3

Azərbaycan

6

5

1

12

4-7

Çin

3

3

5

11

Misir

4

6

1

11

İran

5

6

-

11

Türkiyə

2

4

5

11

8-9

Kuba

3

5

2

10

Qırğızıstan

3

4

3

10

10-11

Əlcəzair

1

5

2

8

Monqolustan

3

-

5

8

12-13

Qazaxıstan

3

4

-

7

Özbəkistan

3

3

1

7

14-17

Kanada

2

-

4

6

Gürcüstan

4

2

-

6

Hindistan

1

-

5

6

Nigeriya

1

-

5

6

18-24

Ermənistan

2

3

-

5

Bolqarıstan

1

2

2

5

Almaniya

1

1

3

5

Macarlstan

2

2

1

5

Moldova

-

2

3

5

KXDR

-

1

4

5

Serbiya

2

3

-

5

25-32

Kolumbiya

-

2

2

4

Ekvador

-

1

3

4

Polşa

1

1

2

4

Puerto Riko

4

-

-

4

Rumıniya

-

1

3

4

Tunis

-

2

2

4

Ukrayna

-

2

2

4

Venesuela

1

1

2

4

33

Albaniya

3

-

-

3

34-42

Avstraliya

2

-

-

2

Çili

-

2

-

2

Finlandiya

-

2

-

2

Fransa

-

1

1

2

Yunanıstan

2

-

-

2

Quam

-

-

2

2

Qvineya-Bissau

2

-

-

2

Meksika

2

-

-

2

Cənubi Koreya

-

2

-

2

43-58

Bəhreyn

1

-

-

1

Braziliya

-

-

1

1

Çexiya

-

1

-

1

Dominikan Respublikası

1

-

-

1

Honduras

-

1

-

1

İtaliya

-

-

1

1

Litva

-

1

-

1

Mərakeş

-

1

-

1

Yeni Zelandiya

-

-

1

1

Norveç

-

-

1

1

Samoa

1

-

-

1

San Marino

1

-

-

1

Slovakiya

1

-

-

1

CAR

1

-

-

1

İsveç

-

-

1

1

Tacikistan

1

-

-

1

*

AIN

10

8

8

26

**

ROT

1

1

-

2

* - neytral statuslu atletlər, ROT – qaçqınların olimpiya komandası

S - sərbəst güləş, YR - yunan-Roma güləşi, Q - qadın güləşi.

Qeyd edək ki, Paris-2024-ün güləş yarışları avqustun 5-11-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: