Braziliyanın Paris-2024 yolu bağlanıb

Xəbərlər
12 Fevral 2024 10:38
Braziliyanın Paris-2024 yolu bağlanıb

Paris-2024 Yay Olimpiya Oyunlarının futbol turnirində iştirak edəcək Cənubi Amerika yığmaları müəyyənləşib.

İdman.biz xəbər verir ki, iki vəsiqənin sahibi Venesuelada keçirilən seçmə turnirinin son turunda bəlli olub.

Meydan sahiblərinə 2:0 hesabı ilə qalib gələn Paraqvay turnirin qalibi kimi Paris-2024-ə vəsiqə qazanıb. İkinci vəsiqənin sahibi isə Braziliya və Argentinanın U-23 yığmalarının oyununda müəyyənləşib. 1:0 hesabı ilə qalib gələn argentinalılar Fransa paytaxtına vəsiqə qazanıblar. Rəqibindən iki xal geri qalan Braziliya isə Olimpiada xəyalı ilə vidalaşıb.

Qeyd edək ki, bunadək Paris-2024-də meydan sahibi Fransadan başqa, ABŞ, Dominikan Respublikası, İspaniya, İsrail, Ukrayna, Mərakeş, Misir, Mali və Yeni Zelandiyanın iştirakı dəqiqləşib. Digər 4 yerin sahibi isə Asiya təsnifat turniri və Asiya/Afrika pley-offunda bəlli olacaq.

İdman.biz