Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Ərzurumspor" Türkiyə Super Liqasının dördüncü turunun matçında "Konyaspor"u qəbul edib.
İdman.Biz-ə xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 17-ci dəqiqədə Eren Tozlu vurub.
Nəriman Axundzadə bu görüşdə meydana çıxmayıb, matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ərzurumspor" 4 xalla 14-cü pillədə qərarlaşıb.
