Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin “Kolumbus Kryu”dan göndərilməsinin səbəbi bəlli olub.
İdman.Biz idmanxeber.az-a istinadən bildirir ki, MLS təmsilçisinin məşqçilər heyəti futbolçunun fiziki durumundan narazılıq edib. Ona dəfələrlə bədəni gücləndirmək üçün vacib olan fitness məşqi etməsi barədə xəbərdarlıq edilsə də, millimizin üzvü buna məhəl qoymayıb.
Axundzadənin intizamsız davranışları məşqçilər heyətini bezdirib. Bu səbəbdən də hücumçuya çox forma şansı verilməyib.
Əsas heyətdə düşünülmədiyini görən futbolçu özünə yeni klub tapmağa məcbur olub.
Xatırladaq ki, millimizin hücumçusu icarə əsasında Türkiyə Super Liqa klubu “Ərzurumspor”a keçib.
