Avropa çempionatının seçmə mərhələsi üçün qadınlardan ibarət U-19 millisinin heyəti açıqlanıb

Xəbərlər
18 Noyabr 2025 00:15
32
Avropa çempionatının seçmə mərhələsi üçün qadınlardan ibarət U-19 millisinin heyəti açıqlanıb

19 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi üçün heyətini və təlim-məşq proqramını açıqlayıb.

İdman.Biz-in məlumatına görə, komanda 17-21 noyabr tarixlərində Bakıda təlim-məşq toplanışı keçirəcək və 22 noyabr - 2 dekabr tarixlərində Şimali Makedoniyanın Strumitsa şəhərində seçmə mərhələ oyunlarının keçiriləcəyi yarışda iştirak edəcək.

Azərbaycan milli komandası B Liqasının 5-ci qrupunda Sloveniya, Şimali Makedoniya və Gürcüstan komandaları ilə oynayacaq. Heyətdə 20 oyunçu var və hamısı yerli klubları təmsil edir.

İdman.Biz