Türkiyənin “Beşiktaş” klubu Ozan Can Kökçünü transfer siyahısına salıb.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda Niderlandın “Volendam” klubunda çıxış edən futbolçu İstanbul təmsilçisinə keçməyə müsbət yanaşır.
Bildirilir ki, Ozan Can Kökçü bu transferin baş tutmasını arzulayır.
Qeyd edək ki, futbolçunun kiçik qardaşı Orkun Kökçü artıq “Beşiktaş”ın formasını geyinir.
Ozan Can Kökçü Azərbaycan milli komandasının üzvüdür və indiyədək yığmamızın heyətində 14 oyuna çıxıb.
