Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth edib - FOTO

24 Noyabr 2026 16:29
39
Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth edib - FOTO

Azərbaycanlı alpinist Elmira Aslanova Nepalda yerləşən Ama Dablam dağının zirvəsinə qalxıb.

İdman.Biz xəbər verir ki, idmançı doqquz günlük ekspedisiyanın yekununda 21 noyabrda dəniz səviyyəsindən 6812 metr yüksəklikdə yerləşən zirvəyə çatıb.

Himalay dağ silsiləsində yerləşən Ama Dablam mürəkkəb relyefi, sıldırım qayaları və buzlu yamacları ilə seçilir. Zirvəyə qalxmaq alpinistlərdən yüksək fiziki hazırlıqla yanaşı, xüsusi texniki bacarıq və təcrübə tələb edir.

Elmira Aslanova bu uğuru ilə Azərbaycan alpinizminin nailiyyətləri sırasına daha bir zirvə əlavə edib.

İdman.Biz