“Quba - İdman paytaxtı 2024”: Şahdağa yürüş - FOTO

Xəbərlər
27 Yanvar 2024 14:12
“Quba - İdman paytaxtı 2024”: Şahdağa yürüş - FOTO

"Quba - İdman paytaxtı 2024" layihəsi çərçivəsində Azərbaycan Alpinizm Federasiyasının üzvləri Şahdağa yürüşə yola salınıblar.

İdman.biz xəbər verir ki, yolasalma mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Azərbaycan Alpinizm Federasiyasının üzvləri Aleksandr Nəcəfov, Nima Şahmohammadi və idman könüllüləri iştirak ediblər.

Şahdağa yürüşün məqsədi marşrutların GPS işarəsi, qar səviyyəsinin və marşrutların təhlükəsizliyinin yoxlanılmasıdır.

İdman.biz