ABŞ-ın Yosemiti Milli Parkında 23 yaşlı alpinist Brayan Miller bədbəxt hadisə nəticəsində həlak olub.
İdman.biz bu barədə “AS”a istinadən məlumat verir.
Miler 915 metr hündürlüyündəki “El Kapitan” zirvəsinə qalxırmış.
Zirvəyə çatdıqdan sonra o, aşağıdakı qayaya ilişib qalmış bel çantasını götürmək üçün aşağı enməyə çalışıb. İp kifayət qədər uzun olmadığı qırılıb və alpinist zirvədən yıxılıb.
Hadisə anı bir blogger tərəfindən “TikTok”da canlı yayımlanıb.