Braziliyanın San-Paulo şəhərində keçirilən MMA üzrə dünya çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları yarışda 8 medal qazanıblar.
U-18 yaş qrupunda Adil Abuzərov (61,2 kq) qızıl, Məhəmməd Niftullayev (65,8 kq) isə gümüş mükafata yiyələniblər.
U-21 kateqoriyasında Elvin Qurbanov (56,7 kq), Əli Şərifov (74,9 kq) və Miramin Mirheydərzadə (70,3 kq) gümüş medala layiq görülüblər.
Böyüklər arasında Sərdar Sərdarlı (65,8 kq) və Nihad Quliyev (74,9 kq) qızıl, Tofiq Niftəliyev isə (120,2 kq) bürünc medala sahib olublar.
İdman.biz