UFC döyüşçülərinin Dənizkənarı Milli Parkda açıq məşqi - FOTO

Xəbərlər
18 İyun 2025 20:35
50
UFC döyüşçülərinin Dənizkənarı Milli Parkda açıq məşqi - FOTO

Bu gün UFC-nin döyüşçüləri Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxasında) azarkeşlərin qarşısında açıq məşq keçirb.

İdman.biz xəbər verir ki, Rafael Fiziyev, Xalil Rauntri, Nazim Sadıxov, Camal Hill və Tofiq Musayev səhnəyə çıxıblar.

Azarkeşlər canlı döyüş atmosferi, məşqlər və unudulmaz anlara şahidlik edibər.

Qeyd edək ki, azərbaycanlı UFC döyüşçüləri Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev də iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq UFC gecəsində rinqə çıxacaqlar. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camaal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

İdman.biz