“Turnir çox gözəl təşkil olunub. Rəqib mənim səhvimdən istifadə etdi və qalib gəldi”.
İdman.biz xəbər verir ki, bunu “Rizin”in “Landmark 7” beynəlxalq turnirində cənubi koreyalı Kyong Pyo Kimə uduzan azərbaycanlı döyüşçü Tural Rəhimov (71 kq) deyib.
O bildirib ki, məğlubiyyətində rəqibin fərqli döyüş üslubu seçməsi də rol oynayıb: “Biz MMA ilə məşğul oluruq. Universal olmalıyıq. Rəqibdən fərqli üslub deyil, güləş gözləyirdim. Amma zərbə endirdi. Həm də bu çəkidə ilk dəfə döyüşürdüm. Məğlubiyyətdə bunun da təsiri oldu”.
Tural görüşdə heç bir həyəcanının olmadığını da deyib: “Bəhanələr etmək istəmirəm. Təlim-məşq toplanışlarım yaxşı keçib. Hər bir üslubda rəqiblə döyüşməyə, onun sürprizlərinə hazır idim. Fikrimi cəmləyə bilmədim. Bu mənim səhvim idi. Rəqibin də super texnikasının olduğunu, məşqçilərimin səhvi olduğunu deyə bilmərəm. Məni üzən edə biləcəyimi onun etməsi oldu”.
Qeyd edək ki, Tural Rəhimov rəqibinə nokautla məğlub olub.
Emin Ağa
İdman.biz