Ali Abdulxalikov: “Mənə rəqib kimi Nəriman təklif ediləndə dərhal razılaşdım”

Xəbərlər
24 Oktyabr 2023 16:22
236
Ali Abdulxalikov: “Mənə rəqib kimi Nəriman təklif ediləndə dərhal razılaşdım”

“Nəriman universal və parlaq döyüşçüdür, həmişə sona qədər mübarizə aparır. O, şübhəsiz ki, çox layiqli rəqibdir”.

İdman.biz xəbər verir ki, bunu rusiyalı MMA döyüşçüsü Ali Abdulxalikov deyib.

O, Yaponiyanın “Rizin” təşkilatının Bakıda keçiriləcək turnirində azərbaycanlı Nəriman Abbasova qarşı qarşılaşmasından danışıb. Abdulxalikov bildirib ki, təmsilçimizin döyüşünü bəyənir: “Abbasov MMA-da kifayət qədər tanınmış idmançıdır, bir neçə rusiyalı ilə qarşılaşıb. Hətta bir dəfə eyni turnirdə çıxış etmişik. Mənə rəqib kimi Nəriman təklif ediləndə dərhal razılaşdım. Onun döyüş keyfiyyətlərini bəyənirəm. Bu da məni daha da həvəsləndirir”.

Qeyd edək ki, “Landmark 7” turniri noyabrın 4-də keçiriləcək.

Zəki Feyzullayev

İdman.biz