Coşua: “Deonteyi hissələrə bölə bilərdim”

Xəbərlər
24 Dekabr 2023 11:29
795
Coşua: “Deonteyi hissələrə bölə bilərdim”

Entoni Coşua gecənin digər döyüşü Deontey Uaylder – Cozef Parker barəsində danışıb.

İdman.biz xəbər verir ki, böyük britaniyalı Uaylderin karyerasını bitirməsinə münasibət bildirib.

“Deonteyin döyüşünə baxmadım. Sadəcə bütün həftəni öz görüşümə köklənmişdim. Uaylderin uduzduğunu eşitdim. O qayıdacaq. Deonteyin mənim haqqımda dediklərini eşitmişəm və onu elə indicə hissələrə bölə blərdim. Amma mən daha yüksək mövqelər tutmaq istəyirəm. Əgər o, istəyirsə geri qayıdacaq və döyüş başqa gün baş tutacaq”, - deyə Coşua bu barədə fikir bildirib.

Qeyd edək ki, Ər-Riyadda keçirilən boks gecəsində Entoni 5-ci raundda Otto Vallini məğlub edib.

İdman.biz