Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirinin əsas döyüşündə yarımyüngül çəki dərəcəsində UFC çempionu Aleksandr Volkanovski ilə 66 kq çəki dərəcəsində reytinqin ikinci pilləsində yer alan braziliyalı Dieqo Lopes üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma beş raund davam edib və Volkanovskinin hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb.

Volkanovski və Lopes üçün bu döyüş revanş xarakteri daşıyıb. Onların ilk qarşılaşması 2025-ci ilin aprelində Mayamidə keçirilən UFC 314 turnirində baş tutmuş və həmin döyüş də Aleksin hakimlərin yekdil qərarı ilə qələbəsi ilə nəticələnmişdi.

Aleksandr Volkanovskinin 37 yaşı var. O, 2016-cı ildən UFC-də çıxış edir və hazırda aktivində 15 qələbə və üç məğlubiyyət var. Dieqo Lopesin 31 yaşı var, braziliyalı döyüşçü təşkilatda 2023-cü ildə debüt edib və hazırda UFC-dəki rekordu 6 qələbə və 3 məğlubiyyətdən ibarətdir.
