UFC-nin yüngül çəki dərəcəsində çıxış edən Kemeron Smoterman, Nevada ştatının Las-Veqas şəhərində keçirilən “UFC 324” turnirində həmkarı Riki Tursiosla döyüşdən əvvəl çəki ölçməsindən sonra huşunu itirib.
İdman.Biz bildirir ki, çəki ölçməsindən sonra Kemeron gözlənilmədən səhnədə huşunu itirərək yıxılıb. UFC heyəti onu aparıb və o, daha sonra xəstəxanaya yerləşdirilib.
Liqanın döyüşü davam etdirmək üçün Smotermanın yerinə başqa bir döyüşçü axtarıb-axtarmayacağı məlum deyil. Döyüşün ləğv edilməsi və ya yenidən planlaşdırılması ehtimalı yüksəkdir.
