Mahaçev Fiziyevi UFC debütantı üçün ideal rəqib sayır

Xəbərlər
18 Yanvar 2026 11:58
51
Mahaçev Fiziyevi UFC debütantı üçün ideal rəqib sayır

UFC-nin yüngül çəki dərəcəsində çempionu İslam Mahaçev komanda yoldaşı Maqomed Zaynuqov üçün arzuladığı rəqibin adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Mahaçev "Red Corner"ə müsahibəsində azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin üslub baxımından Zaynuqov üçün ideal seçim olacağını bildirib.

Onun sözlərinə görə, bu qarşılaşma həm texniki baxımdan, həm də baxımlılıq nöqteyi-nəzərindən azarkeşlər üçün maraqlı ola bilər.

Mahaçev qeyd edib ki, hazırda Fiziyevin Zaynuqovla qarşılaşması real görünmür, lakin gələcəkdə bu döyüşün baş tutacağına inanır. O vurğulayıb ki, hər iki döyüşçünün muay-tay məktəbindən gəlməsi görüşü daha da cəlbedici edərdi.

Çempion həmçinin Zaynuqovun güləşdə irəliləyişini də qeyd edib. Bununla belə, Mahaçevin fikrincə, məhz Fiziyev kimi güclü zərbə ustası ilə döyüş Maqomed Zaynuqovun ayaqüstü bacarıqlarını tam şəkildə nümayiş etdirməsinə imkan verərdi.

İdman.Biz