Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Xəbərlər
18 Yanvar 2026 05:15
44
Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

BƏƏ-ni təmsil edən orta çəkidə məğlubedilməz UFC çempionu Həmzət Çimayev, yarımağır çəkidə UFC çempionu braziliyalı Aleks Pereyra ilə potensial döyüşdən danışıb.

İdman.Biz xəbər verir ki, Həmzət Çimayev Şimali Amerika liqası tarixində məğlubedilməz peşəkar çempion olan 16-cı döyüşçü olub.

“Pereyra ilə döyüş? Mən hazıram, amma o bunu istəmir”, - Çimayev deyib.

Çeçen əsilli döyüşçünüun 15 qələbəsi var, bunlardan 12-si erkən qazanılıb. O, 2018-ci ildən bəri peşəkar yarışlarda iştirak edir.

İdman.Biz