Keçmiş üçqat UFC tituluna iddiaçı, hazırda analitik Çeyl Sonnen Konor Makqreqorun oktaqona mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, onun sözlərinə görə, irlandiyalı qayıdarsa, bunun UFC Ağ Ev tədbirində baş verməsi ehtimalı azdır.
“Konorun Ağ Ev tədbirində görünəcəyinə inanmıram. Amma gəlin bu fərziyyəni qəbul edək: Konor medianı idarə edə biləcəkmi? O, artıq beş ildir ki, geri qayıtmaq iddiasındadır. Tədbir baş verəndə yenidən “mən orada deyildim, amma məni noyabrda və ya gələn ilin yanvarında görəcəksiniz” deyə biləcəkmi, yoxsa bu, Makqreqorun son fırıldağı olacaq?”, - Sonnen deyib.
