Yarımağır çəkidə UFC çempionu, braziliyalı Aleks Pereyra, əfsanəvi amerikalı Con Consla döyüşmək üçün ağır çəki dərəcəsinə yüksəlməyə hazır olduğunu deyib.
İdman.Biz bildirir ki, Pereyra həmçini üçüncü UFC titulu uğrunda döyüşmək üçün çəkisini dəyişməyə hazırdır.
“UFC-yə Ağ Evdə Con Consla döyüşmək istəyim barədə məlumat verdim və üçüncü çempionluq kəməri uğrunda ağır çəki dərəcəsində döyüşmək barədə də dedim. Amma necə olacağını bilmirəm; bu, mənim əlimdə deyil”, - “Bloody Elbow" Pereyradan sitat gətirir.
Pereyranın 38 yaşı var. Onun peşəkar rekordu 13 qələbədir, bunlardan 11-i erkən qazanılıb. Üç məğlubiyyəti var. UFC Ağ Ev tədbiri 14 iyun 2026-cı il tarixinə planlaşdırılıb.
