Azərbaycanlı UFC döyüşçüsü fransalı idmançı ilə mübarizəyə hazır olduğunu bildirib - VİDEO

Xəbərlər
21 Noyabr 2025 12:45
22
Azərbaycanlı UFC döyüşçüsü fransalı idmançı ilə mübarizəyə hazır olduğunu bildirib - VİDEO

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıqov “Instagram”da yeni video paylaşaraq fransalı döyüşçü Fares Ziyamla qarşılşamağa hazır olduğunu qeyd edib.

İdman.Biz-in məlumatına görə, o, paylaşımın şərh hissəsində hazırlığın heç bir detalını diqqətdən kənarda qoymadığını və hər şeyə hazır olduğunu vurğulayıb.

İdmançının sözlərinə görə, döyüşə 16 gün qalıb və o, rinqdə özünün ən yaxşı çıxışını göstərmək niyyətindədir.

Məlumat üçün qeyd edək ki, N. Sadıqov “UFC 323” turniri çərçivəsində fransalı Fares Ziyama qarşı döyüşəcək.

Turnir ABŞ-nin Las Veqas şəhərində 7 dekabr tarixində keçiriləcək.

Döyüş yüngül çəki dərəcəsində baş tutacaq və bu qarşılaşma azərbaycanlı idmançı üçün UFC reytinqlərində irəliləmək baxımından mühüm mərhələ olacaq.

İdman.Biz