Berlində 11-ci “Heydər Əliyev Kuboku” keçirilib

Xəbərlər
12 Dekabr 2023 23:52
308
Berlində 11-ci “Heydər Əliyev Kuboku” keçirilib

Almaniyanın paytaxtı Berlində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 11-ci “Heydər Əliyev Kuboku” keçirilib.

İdman.biz xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycan və Almaniya kikboksinq ustaları qüvvələrini sınayıblar.

Azərbaycan idmançılarını rəqiblərini 6:1 hesabı ilə məğlub ediblər. Gecənin əsas döyüşündə isə idmançımız Elxan Əliyev “WAKO PRO” Avropa kəməri uğrunda döyüşdə ispanyalı idmançı Aixay Hernandez Vega ilə üz-üzə gəlib. İnamlı qələbə qazanan Elxan yarışın əsas mükafatının sahibi olub.

İdman.biz