Karateçilərimiz III MDB Oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb

Xəbərlər
21 Avqust 2025 15:21
154
Karateçilərimiz III MDB Oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb

Azərbaycan karateçiləri III MDB Oyunlarına hazırlığı Türkiyə davam etdirəcəklər.

İdman.biz xəbər verir ki, komanda bu gün İstanbula yola düşüb.

Yığmamız avqustun 24-dək beynəlxalq Mərmərə kubokunda gücünü sınayacaq. Ardınca - avqustun 25-dən 31-dək “Gənclik Kampı” təlim-məşq toplanışlarında iştirak edəcək.

Milli komanda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq.

İdman.biz