Karate üzrə Azərbaycan millisi Rusiyada "Moskva Vselennaya" beynəlxalq turnirində çıxış edib.
İdman.biz xəbər verir ki, yığmamız yarışda 7 medal qazanıb.
Bütün rəqiblərinə qalib gələn Asiman Qurbanlı (+84 kq) və Mədinə Sadıqova (55 kq) qızıl medala yiyələnib. Rafiz Həsənov (75 kq) yarışı ikinci yerdə tamamlayıb. Hüseyn Məmmədli, Nuran Rza-Zadə (hər ikisi 67 kq) və Abbas Dadaşov bürünc medal qazanıb. Həmçinin katada Roman Heydərli üçüncü olub.
Qeyd edək ki, "Moskva Vselennaya" turnirində 27 ölkədən 331 karateçi mübarizə aparıb.
İdman.biz