“Marmara Cup”da 13 medal və komanda hesabında birinci yer - FOTO

Xəbərlər
26 Avqust 2025 10:11
84
“Marmara Cup”da 13 medal və komanda hesabında birinci yer - FOTO

Türkiyədə karate üzrə “Marmara Cup” beynəlxalq turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışda 13 medal qazanıb.

Karateçilərimizdən Fərid Savadov (60 kq), Nuran Rzazadə (67 kq), Rəşid Süleymanov (75 kq) və Asiman Qurbanlı (+84 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Mədinə Sadıqova (55 kq), Aysu Əliyeva (61 kq), Fariz Şahbazov (60 kq) və Hüseyn Məmmədli (67 kq) gümüş medala yiyələniblər. Fatimə Cəbrayılova (50 kq), Nəzrin Piriyeva (55 kq), Turqut Həsənov, Fərid Şahbazlı (hər ikisi 84 kq) və Vahid Həsənov (+84) isə 3-cü yeri tutublar.

Yığmamız 4 qızıl, 4 gümüş və 5 bürünc medalla komanda hesabında (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında) birinci yeri tutub.

Qeyd edək ki, beynəlxalq turnirdə 28 ölkədən 2000-ə yaxın karateçi qüvvəsini sınayıb. Karateçilərimiz ardınca MDB Oyunlarına hazırlıq məqsədilə təlim-məşqlərə də start veriblər.

İdman.biz