Prezident və vitse-prezidentlər seçilib - FOTO

Xəbərlər
9 Aprel 2024 21:38
Prezident və vitse-prezidentlər seçilib - FOTO

Azərbaycan Karate Federasiyasının "KWU-WFKF Azərbaycan Birliyi”nin ümumi yığıncağı təşkil olunub.

İdman.biz xəbər verir ki, keçirilən hesabat-seçki tədbirində təşkilatın İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyən edilib.

Səsvermə ilə Ramin Əsədov "KWU-WFKF Azərbaycan Birliyi"nin prezidenti seçilib. Birliyin “Fəxri prezidenti” vəzifəsinə AKF-in vitse-prezidenti Füzuli Musayev layiq görülüb. Daha sonra təşkilatın vitse-prezidentləri müəyyən olunub. Bu vəzifəni AKF-in Baş katibi Qabil Sayadov, “Təbib” idman klubunun rəhbəri Qələndər Aslanov, Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının təsisçisi Teyyub Əzizov və Beynəlxalq Kenbukay təşkilatının Azərbaycandakı nümayəndəsi Ruslan Abbasov icra edəcəklər.

"KWU-WFKF Azərbaycan Birliyi"nin İdarə Heyətinin ilk iclası keçirilib. İclasın yekunlarına əsasən nümayəndəliyin baş katibi vəzifəsinə Həmdiyyə Məmmədov təyin edilib.

İdman.biz