AKF-in İdarə Heyətinin iclası keçirilib - FOTO

Xəbərlər
29 Fevral 2024 11:21
AKF-in İdarə Heyətinin iclası keçirilib - FOTO

Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin növbəti iclası keçirilib.

AKF-dən İdman.bizə verilən məlumata görə, yığıncaqda 2024-cü ilin vahid təqvim planında keçirilməsi, nəzərdə tutulan yarışların təşkili, struktur qurumların-federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi müzakirə olunub.

Həmçinin dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda baş tutması, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Yekunda müvafiq qərarlar qəbul edilib.

İdman.biz

Məqalədə: