“İstərdik ki, Zaretskayadan başqa da qalib gələn olsun” - Şahin Atamovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
25 Noyabr 2025 15:32
52
“İstərdik ki, Zaretskayadan başqa da qalib gələn olsun” - Şahin Atamovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan karateçiləri 27 noyabrda Qahirədə start götürəcək dünya çempionatında iştirak etmək üçün artıq Misirin paytaxtına yollanıblar.

Bəs baş məşqçi Şahin Atamovun rəhbərliyi altında Azərbaycan idmançıları hansı nəticələrə ümid edə bilər, kimlərin medal qazanacağı gözlənilir?

Bu suallarla İdman.Biz yığmanın baş məşqçisi Şahin Atamovun özünə müraciət edib.

“Əlbəttə, hər zaman mümkün qədər çox medal istəyirsən. Üstəlik, Budapeştdə keçirilən son dünya çempionatında yalnız bir medalımız var idi - İrina Zaretskaya üçüncü dəfə dünya çempionu olaraq qızıl medal qazandı. Arzu edərdim ki, Zaretskayanın yanında bizim başqa idmançılarımız da qalib gəlsin. Üstəlik, buna komandamızın hər bir üzvünün potensialı var. Çox ümid edirəm ki, digər beş karateçimiz də İrina kimi uğurlu nəticələr əldə etsin, o isə özü dördüncü dəfə dünya çempionu olaraq planetin ən titullu karateçisinə çevrilsin, - deyə Şahin Atamov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: