Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək kyokuşin karate (KWF) üzrə 5-ci dünya çempionatına hazırlıq məqsədilə milli komandada növbəti seçim mərhələsi təşkil olunub.
İdman.Biz xəbər verir ki, 10-14 dekabr 2025-ci il tarixlərində keçiriləcək yarış üçün 70 kq çəki dərəcəsində 6 idmançı arasında aparılan sınaq döyüşləri federasiya rəsmiləri və baş məşqçilərin nəzarəti ilə keçirilib.
Nəticələrə əsasən, Sahil Musazadə yüksək göstəriciləri ilə fərqlənərək dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

