Olimpiya mükafatçısı və dəfələrlə dünya və Avropa çempionu olmuş İrina Zaretska III MDB Oyunlarında keçirilən karate yarışlarında qızıl medal qazanıb.
İdman.biz xəbər verir ki, İrina Zaretska qələbəsini şərh edib.
O bildirib ki, burada həmişə böyük dəstəy hiss edir: "Gəlib bizi dəstəkləyən hər kəsə sonsuz təşəkkürümü bildirirəm — karateçilərimiz çox yaxşı nəticə göstərdilər. Hamını təbrik edirəm”.
İrina üçün bu, analıq məzuniyyətindən sonra ikinci böyük yarış idi — və dərhal qızıl medal. O bildirib ki, yenidən zirvəyə qayıtmaq üçün çox ciddi şəkildə çalışıb.
Mübarizənin çətinliyi ilə bağlı suala cavabında İrina deyib: “Döyüşlərim 8:0, 8:1 və 4:2 hesabı ilə başa çatdı — yəni hər şeyi tatamidə göstərdim”.
Motivasiya ilə bağlı suala cavab verərkən isə vurğulayıb: “Çempionlar — bir dəfə qalib gələnlər deyil, çempionlar — qələbə ilə kifayətlənməyənlərdir. Mən məhz belə insanlardanam. Hər bir qələbə mənim üçün daha bir pillədir. Adımın tarixdə unudulmaz və dərin iz buraxmasını istəyirəm.Çoxlu qələbələr, çoxlu rəqəmlər — məni irəli aparan əsas motivasiyam budur”.