Qarabağ və Şərqi Zəngəzur bölgəsinin cüdoçuları kəmər imtahanı veriblər - FOTO

Xəbərlər
16 Sentyabr 2025 01:19
40
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin cüdoçuları kəmər imtahanı veriblər - FOTO

Sentyabrın 15-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

İdman.biz bildirir ki, imtahanda Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 41 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

İdman.biz