Sentyabrın 12-də U-14 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birinciliyi keçirilib.
İdman.biz ACF-yə istinadən bildirir ki, turnirdə Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzəndən olan 9 klubun 62 cüdoçusu (55 oğlan, 7 qız) mübarizə aparıb.
Xaçmaz Olimpiya İdman Kompleksində baş tutan yarışda 11 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub.
Qeyd edək ki, region birinciliklərinin keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qalib və mükafatçıların siyahısı belədir:
Oğlanlar
-38 kq
1. Amir Həkimov (Xaçmaz UGİŞM)
2. Nurlan Hüseynov (Neftçi Siyəzən)
3. Sənan Mahmudov (Xaçmaz UGİŞM)
3. Hüseyn Kərimzadə (Neftçi Siyəzən)
-42 kq
1. Yusif Həsənov (Neftçi Siyəzən)
2. Cəfər Həmzəyev (Neftçi Siyəzən)
3. Murad Xasiyev (Qusar)
3. Əsəd Orucov (Qusar)
-46 kq
1. Sahil Bayramov (Quba CİK)
2. Faik Səvzixanov (ACF Qusar RCTM)
3. Anar Səfərov (Quba CİK)
-50 kq
1. Nureys Şıngarov (Qusar)
2. Emin Sultanov (Quba CİK)
3. Əhməd Əliyev (Dağlı Cüdo İK)
-55 kq
1. Nəcməddin Sultanəhmədov (Qusar)
2. Zülfüqar Mövsümov (Şabran)
3. Yuzasif Hüseynov (Şabran)
-60 kq
1. Ayxan Teyubov (ACF)
2. Paşa Yusifzadə (Neftçi Siyəzən)
-66 kq
1. Rəşad Eldarov (Qusar)
-73 kq
1. Mikayıl Nurəliyev (Şabran)
+73 kq
1. Ayxan Əzizov (ACF)
2. Şükran Vahabov (Şahdağ İK Quba)
3. Ümid Əliyev (Neftçi Siyəzən)
Qızlar
-40 kq
1. Rüqayya Dövlətxanova (ACF Qusar RCTM)
-44 kq
1. Asiman Zamanova (Şabran)
2. Məryəm Nurullazadə (Quba CİK)
İdman.biz