Bakıda ne-vaza üzrə seminar - FOTO

Xəbərlər
10 Sentyabr 2025 17:31
35
Bakıda ne-vaza üzrə seminar - FOTO

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə ne-vaza üzrə seminar başlayıb.

İdman.biz xəbər verir ki, təlimlərə dünyanın ən nüfuzlu cüdo məktəbinin tanınmış mütəxəssisləri – 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai rəhbərlik edirlər.

Onların zəngin təcrübəsi və metodik yanaşması iştirakçılara cüdonun incə texniki məqamlarını öyrənmək imkanı verir.

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən ilk məşğələ kime-no-kata mövzusuna həsr olunub. Bu məşğələ həm praktiki bacarıqların təkmilləşdirilməsi, həm də cüdonun fəlsəfəsi və ənənələrinin dərindən mənimsənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

İdman.biz