Avropa çempionatı: Cüdoçularımız günü medalsız bitiriblər - YENİLƏNİB

Xəbərlər
5 Sentyabr 2025 16:36
67
Avropa çempionatı: Cüdoçularımız günü medalsız bitiriblər - YENİLƏNİB

Slovakiyanın paytaxtı Bratislavada keçirilən gənclər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 2 cüdoçusü tatamiyə çıxıb. Onların hər ikisi çempionatı medalsız başa vurublar.

Avropa çempionatı
5 avqust

73 kq
Əbil Yusubov 1/16 finalda Georqios Kotsaxristosu (Yunanıstan), daha sonra Stefan Maytini (İsveçrə) məğlub edib. Lakin o, 1/4 finalda Viktor Skerlevlə (Bolqarıstan), təsəlliverici qarşılaşmada Luço Tavoletta (İtaliya) səddini keçə bilməyib.

81 kq
Süleyman Şükürovun 1/16 final rəqibi Duşan Qraxovaca (Sloveniya) qalib gəlsə də, ardınca İnyaki Merçana (İspaniya) uduzub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

İdman.biz