Bakıda yaponiyalı məşqçilərin iştirakı ilə cüdo seminarı keçiriləcək

Xəbərlər
1 Sentyabr 2025 23:49
42
Bakıda yaponiyalı məşqçilərin iştirakı ilə cüdo seminarı keçiriləcək

Sentyabrın 9-dan 13-dək Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə ne-waza üzrə seminar keçiriləcək.

İdman.biz xəbər veir ki, təlimləri təcrübəli yapon mütəxəssislər – 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai aparacaqlar.

İştirak üçün müraciət edən ilk 40 məşqçi seminara qəbul olunacaq.

Seminarı uğurla başa vuran məşqçilərə beynəlxalq sertifikatlar təqdim olunacaq.

Təlimlər Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək.

İdman.biz