Avropa çempionatında iştirak edəcək cüdoçularımız bəlli olub - FOTO

Xəbərlər
1 Sentyabr 2025 16:57
100
Avropa çempionatında iştirak edəcək cüdoçularımız bəlli olub - FOTO

Sentyabrın 4-7-də Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək idmançılarımız bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yarışda ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Fərdi mübarizədə Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Aslan Kotsoyev (90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq), Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Nigar Süleymanova (+78 kq), qarışıq komanda yarışında isə Nilgün Rzayeva (63 kq) güclərini sınayacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.

İdman.biz