Cüdoçularımızdan Türkiyədə keçirilən beynəlxalq turnirdə 8 MEDAL - FOTO

Xəbərlər
28 Avqust 2025 17:38
43
Cüdoçularımızdan Türkiyədə keçirilən beynəlxalq turnirdə 8 MEDAL - FOTO

Türkiyənin Samsun şəhərində "Uluslararası Karadeniz Judo Şampiyonası" turnirində Naxçıvan cüdoçuları 8 medal qazanıblar.

İdman.biz xəbər verir ki, beynəlxalq yarışda məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Naxçıvan Uşaq-Gənclər İdman Məktəbindən 1 qız və 8 oğlan cüdoçu iştirak edib.

Onlardan 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc medala sahib çıxıb. Əldə olunan medalların sayına əsasən Azərbaycan təmsilçisiləri U-13 yaş qrupunda birinci, U-15 yaş kateqoriyasında isə üçüncü yeri tutublar.

Yarışda İlham Nəcəfov (2013–2014, 23 kq), Şahin Quliyev (2013–2014, 26 kq), Ziya Əsədli (2013–2014, 30 kq), Ayaz Əliyev (2013–2014, 30 kq), Pərvin İsmayılov (2013–2014, 38 kq) və Yusif Əsədli (2010–2011, 55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Sübhan Əkbərov (2013–2014, 23 kq) gümüş, Mürsəl Qafarli (2013–2014, 26 kq) isə bürünc medalla kifayətlənib.

İdman.biz