Bolqarıstanın paytaxtı Sofiyada start götürən dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycanın iki yeniyetmə cüdoçusu bürünc medal uğrunda mübarizə aparıb.
Anar Quliyev bürünc uğrunda görüşə çıxıb. Onun rəqibi Tsvetelin Martinov olub. Qələbə qazanan Anar çempionatı 2-cü pillədə başa vurub.
Məhəmmədəli Hüsiyev (55 kq) isə bürünc uğrunda Adris Yakubauskasla üz-üzə gəlib. Görüş litvalı cüdoçunun qələbəsi ilə yekunlaşıb.
Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 44 kq) isə əvvəlcə 1/4 finalda, ardınca təsəlliverici yarışda məğlub olublar.
***
17:03
Bolqarıstanın paytaxtı Sofiyada start götürən dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycanın iki yeniyetmə cüdoçusu bürünc medal uğrunda mübarizə aparacaq.
Məhəmmədəli Hüsiyev (55 kq) 1/4 finalda İsrail təmsilçisi Tom Dubrovskidən güclü olsa da, yarımfinalda İtaliya cüdoçusuna məğlub olub.
Anar Quliyev 1/4 finalda uduzsa da, təsəlliverici qarşılaşmada qalib gəldiyi üçün mübarizəni davam etdirir.
Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 44 kq) isə əvvəlcə 1/4 finalda, ardınca təsəlliverici yarışda məğlub olublar.
***
14:40
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz mübarizəyə qoşulub.
Onlardan üçü 1/4 finala yüksəlib.
Xədicə Abdullayeva, Gülşən Hüseynova (hər ikisi 44 kq) iki qarşılaşmada qələ qazanaraq medal uğrunda mübarizəni davam etdirirlər.
Anar Quliyev (50 kq) 1/8 finalda ermənistanlı Narek Davtyanı məğlub edib.
Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) 1/16 finalda uduzublar. Məhəmmədəli Hüsiyev (55 kq) 1/16 finalda qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, dünya çempionatında fərdi yarışlar avqustun 30-dək davam edəcək. Avqustun 31-də qarışıq komandaların mübarizəsi baş tutacaq.
***
10:53
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürəcək.
İdman.biz xəbər verir ki, ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz mübarizəyə qoşulacaq.
44 kq
Gülşən Hüseynova 1/16 finalda Yana Pritulyakla (Rumıniya), Xədicə Abdullayeva isə eyni raundda Aynara Seitjanova (Qazaxıstan) ilə güləşəcək.
50 kq
Rza Xəlilli 1/16 finalda Tsvetelin Martinovla (Bolqarıstan) qarşılaşcaq.
Anar Quliyev Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə üz-üzə gələcək.
55 kq
Rəsul Əlizadə 1/16 finalda Badar-Uqan Badamdorjla (Monqolustan) mübarizə aparacaq.
Məhəmmədəli Hüsiyev isə Viktor Uqo Silva (Braziliya) ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.
İdman.biz