Bakıda “Kata for All” festivalı keçirilib - FOTO/VİDEO

17 Avqust 2025 23:29
249
Bakıda “Kata for All” festivalı keçirilib - FOTO/VİDEO

Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Kata for All” festivalı başa çatıb.

İdman.biz xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan festivalın son günündə IJF Akademiyasının təhsil direktoru Slavişa Bradiç və qurumun eksperti, Olimpiya çempionu Tina Trstenyakın rəhbərliyi ilə seminarlara həm məşqçilər, həm də bütün yaş qruplarından olan cüdoçular qatılıb.

Onlar öyrəndikləri texnikaları nümayiş etdirərək proqramın praktik hissəsini tamamlayıblar.

İdman.biz