Cüdo məşqçiliyi üzrə sertifikat proqramı start götürüb - FOTO

Xəbərlər
11 Avqust 2025 18:29
33
Cüdo məşqçiliyi üzrə sertifikat proqramı start götürüb - FOTO

Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramının rəsmi açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə çıxış edən rəsmilər cüdoda təhsil və peşəkar məşqçi hazırlığının strateji əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, BCF Akademiyasının həyata keçirdiyi proqramlar yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, eləcə də ölkəmizdə cüdonun inkişafına mühüm töhfə verir.

Belə proqramların Azərbaycan cüdosunun inkişaf strategiyasına uyğun olaraq, yeni nəsil peşəkar məşqçilərin yetişdirilməsində mühüm rol oynayacağı qeyd edilib.

İdman.biz