"Mən yarışa tam hazır deyildim”.
Bunu İdman.biz-ə açıqlamasında Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında gümüş medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib.
Azərbaycanlı cüdoçu multiforumda çıxışını şərh edib. “Son vaxtlar çoxlu yarışlar keçirilir. Bildiyiniz kimi, Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanmışam. Universiadadan da Vətənə medalsız qayıtmamağım xoşdur”.
O, finaldakı rəqibi Yung-Hun Kim ilə əvvəllər görüşmədiyini bildirib: "Təlim-məşq toplanışından əvvəl koreyalı ilə qarşılaşmışdıq, lakin əvvəllər heç vaxt rəsmi yarışlarda üz-üzə gəlməmişdik. Növbəti dəfə ondan qisasımı alacağam".
Elcan onu da əlavə edib ki, sabah baş tutacaq Universiada çərçivəsində heyəti qarışıq komanda turniri gözləyir.
Zəki Feyzullayev
İdman.biz