Cüdoçularımız daha 3 medal qazanıblar - FOTO

Xəbərlər
24 İyul 2025 00:18
64
Cüdoçularımız daha 3 medal qazanıblar - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan yığması daha 3 medal qazanıb.

İdman.biz xəbər verir ki, cüdoçularımız fəxri kürsüyə qalxıblar.

Nuranə Hacızadə (48 kq) və Zeyd Ələsgərov (60 kq) finalda uduzaraq gümüş medala yiyələniblər.

52 kq çəki dərəcəsində çıxış edən Aysun Məmmədova bürünc medala sahib çıxıb.

Qeyd edək ki, ilk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmıblar.

İdman.biz