Cüdoçumuz EYOF-da erməni rəqibinə ipponla qalib gəlib

Xəbərlər
24 İyul 2025 14:54
50
Cüdoçumuz EYOF-da erməni rəqibinə ipponla qalib gəlib

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

İdman.biz xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Tiqran Saruxanyanla qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn Ağakişiyev 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kq) də 1/4 finala vəsiqə əldə edib.

İdman.biz