Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində reytinq favoriti kimi mübarizə aparacaq.
İdman.biz xəbər verir ki, o, öz çəki dərəcəsində seçilmişlər arasında ilk sırada qərarlaşıb.
60 kq-da mübarizə aparan digər təmsilçimiz Turan Bayramov da seçilmişlər arasında dördüncü mövqedədir.
Qeyd edək ki, iyulun 25-27-də keçirilən yarışda ümumilikdə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq. Elşən Əsədov 66 kq çəki dərəcəsində mübarizə aparacaq.
İdman.biz