Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Səudiyyəli istedad Rüstəm Orucov və baş məşqçi haqqında: "Onlar əfsanədir" - İdman və Biz

Səudiyyəli istedad Rüstəm Orucov və baş məşqçi haqqında: "Onlar əfsanədir"

Xəbərlər
7 İyul 2025 11:03
179
Səudiyyəli istedad Rüstəm Orucov və baş məşqçi haqqında: "Onlar əfsanədir"

Rüstəm Orucovun texniki direktoru olduğu Səudiyyə Ərəbistanı Cüdo Federasiyasının uğurlu nəticələri davam edir.

İdman.biz xəbər verir ki, komandanın cüdoçusu Saleh Alyubi (60 kq) Tallində (Estoniya) keçirilən Avropa kubokunda 5-ci yeri tutub.

Alyubi Rio-de-Janeyro-2016-nın gümüş mükafatçısı və dünya çempionatının Azərbaycandan olan finalçısı Rüstəm Orucov, eləcə də Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi İlyas İliadislə bağlı fikirlərini açıqlayıb: "Hər ikisi əfsanədir, ən yaxşılardır. Onlarla cəmi bir neçə aydır məşq edirəm, artıq özümdə yaxşıya doğru fərqi hiss edirəm. Təkmilləşməyə davam edəcəyəm. Onlar məni motivasiya edir və inanırlar".

İdman.biz