Cüdoçularımız Asiya Kubokunda

Xəbərlər
2 İyul 2025 15:58
52
Cüdoçularımız Asiya Kubokunda

İyulun 3-4-də Qazaxıstanın Almatı şəhərində cüdo üzrə yeniyetmələr arasında Asiya Kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda ölkəmiz Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında 4 çəkidə təmsil olunacaq.

Asiya Kubokunda Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) mübarizə aparacaq.

Qeyd edək ki, turnirdə 10 ölkədən 459 cüdoçu qüvvəsini sınayacaq.

İdman.biz